Gürcüstanın Baş naziri Aİ liderlərinə məktub ünvanlayıb

Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməsi qərarı təkcə ölkənin gələcəyi üçün deyil, həm də Aİ-nin genişlənmə siyasəti üçün dönüş nöqtəsi olacaq.


Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Aİ rəhbərliyinə ünvanladığı məktubda bildirilib.


“Bu, Gürcüstanın Avropa gələcəyi üçün, eləcə də Aİ-nin genişlənmə siyasətinin etibarlılığı üçün dönüş nöqtəsidir. Avropanın sülh, sabitlik və rifahına geostrateji sərmayədir”, - məktubda qeyd edilib.


O, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə, eləcə də Aİ Şurasına sədrlik edən İspaniyanın Baş naziri Perdo Sançesə məktub göndərib.


Qeyd edək ki, dekabrın 14-15-i tarixlərində Aİ-yə daxil olan ölkələrin liderlərinin sammitində Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı yekun qərar veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.