Polşanın yeni Baş naziri Donald Tusk ölkənin beş xüsusi xidmət orqanı rəhbərlərinin işdən çıxarılması barədə göstəriş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, söhbət kəşfiyyat idarəsinin, daxili təhlükəsizlik agentliyinin, mərkəzi antikorrupsiya bürosunun, eləcə də iki hərbi qurumun - hərbi kəşfiyyat və hərbi əks-kəşfiyyatın xidmətlərinin rəhbərlərindən gedir.
Tuskun bu qərarını parlamentin kəşfiyyat xidmətləri üzrə komissiyası dəstəkləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Polşa Prezidenti Anjey Duda Tuskun andiçməsini qəbul edib. Onun ardınca yeni hökumətin nazirləri də and içiblər.
Xatırladaq ki, D.Tusk 2007-2014-cü illərdə də ölkənin Baş naziri kimi fəaliyyət göstərib və sonra beş il Avropa Şurasının prezidenti olub.