Moskvada Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla “birbaşa xətt” və jurnalistlər ilə geniş mətbuat konfransı başa çatıb.
Yerli KİV xəbər verir ki, “İlin nəticələri” adlı tədbir 4 saat 4 dəqiqə davam edib.
Bu müddət ərzində Rusiya Prezidenti vətəndaşların, federal və regional Rusiya KİV-lərinin jurnalistlərinin, habelə xarici jurnalistlərin ümumilikdə 67 sualını cavablandırıb.
**
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, rəqəmsal avatar "ilk oxşarı"dır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
Tədbir zamanı ekrandan dövlət başçısına rəqəmsal avatar müraciət edib. Guya Sankt-Peterburq sakini olduğu bildirilən, amma Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi olan, V.Putinə bənzədiyi iddia edilən anonim şəxs Prezidentdən oxşarlarının sayını soruşub.
"Siz mənə oxşayırsınız və mənim səsimlə danışırsınız. Amma yalnız bir nəfər mənim kimi ola bilər. Sadəcə özüm. Yəni, mənim oxşarım yoxdur", - o vurğulayıb.
**
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb.
Yerli KİV xəbər verir ki, Prezident bu barədə vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanda çətin daxili siyasi proseslər gedir.
“Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların belə bir qərar verməyə hazırlaşdıqları məlumatı verilməyib. Düşünmürəm ki, Ermənistanın MDB, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və KTMT-dəki üzvlüyünə xitam vermək onun maraqlarına uyğundur. Bu, yenə də dövlətin seçimidir”, - o bildirib.
**
Rusiya ABŞ ilə münasibətləri bərpa etməyə hazırdır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
“ABŞ dünyada vacib və lazımlı ölkədir. Bu ölkənin imperiya siyasəti məhz onlara mane olur. Yəni bunun bizə aidiyyəti yoxdur. ABŞ-də daxili dəyişikliklər baş verərsə, o zaman münasibətlərin bərpası üçün fundamental şərait yaranacaq”, - o vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin bərpası üçün heç bir fundamental şərt yoxdur: “Onlar ilk növbədə başqalarına hörmət etməyə başlamalıdırlar”.
**13:45
Rusiya Avropa İttifaqı (Aİ) ilə münasibətləri korlamayıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
“Aİ ilə normallaşmaya gəlincə, biz heç kimlə münasibətləri korlamamışıq. Avropa bizi arxa plana keçirməyə çalışır”, - o deyib.
**
Rusiya Prezidenti Vladimir Putin sülhə nail olmaq üçün əsas məqsədləri açıqlayıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
“Rusiya öz məqsədlərinə çatanda sülh olacaq. Əsas məqsədlərdən biri Ukraynanın denasifikasiyası və demilitarizasiyasıdır”, - V.Putin bildirib.
O, həmçinin vurğulayıb ki, İstanbulda aparılmış danışıqlar zamanı sülh məsələləri də müzakirə olunub, lakin bu danışıqların nəticəsi olmayıb.
**
Rusiyanın suverenliyinin möhkəmləndirilməsi ölkə üçün vacib məsələdir.
Bunu Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
Onun fikrincə, Rusiya bunsuz sadəcə mövcud ola bilməz.
O, maliyyə və texnoloji suverenliyi hər bir ölkənin mövcudluğu üçün əsas amil adlandırıb.
“Rusiya kimi bir ölkə üçün suverenlik olmadan mövcudluq, sadəcə, mümkün deyil. Əks təqdirdə, ölkə sadəcə olaraq, bu gün və min ildir mövcud olduğu formada mövcud olmayacaq. Buna görə də əsas məsələ suverenliyi gücləndirməkdir”, - Rusiya Prezidenti bildirib.
**13:38
Rusiyanın paytaxtı Moskvada Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla “birbaşa xətt” və jurnalistlər ilə geniş mətbuat konfransı başlayıb.
Bu tədbir “İlin nəticələri” adlandırılıb.
Qeyd edək ki, zalda federal və regional Rusiya KİV-lərinin nümayəndələri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici jurnalistlər iştirak edirlər.
Bu formatda geniş mətbuat konfransı və “birbaşa xətt” bu vaxta qədər yalnız bir dəfə - 2020-ci ildə keçirilib.(“Report”)