Zelenski Avropanı Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı vədini yerinə yetirməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropanı Kiyevin Aİ-yə üzvlüyü ilə bağlı vədini yerinə yetirməyə çağırıb.


UNIAN xəbər verir ki, o, bu barədə Aİ liderlərinin Brüsseldə keçirilən sammitinə videomüraciətində deyib.


O bildirib ki, Avropanın bu qərar qəbul etməsi çox vacibdir: “Qətiyyətsiz olmaq olmaz. Kimsə Avropanın etibarsız görünməsini istəmir. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul oluna bilər”.


V. Zelenski vurğulayıb ki, Kiyev üzvlük danışıqlarının başlaması üçün Aİ-nin tələblərini yerinə yetirib.


Ukrayna lideri Avropanı vədinə yerinə yetirməyə çağırıb: “Mən xahiş edirəm ki, xalqın Avropaya olan inamını itirməyin”.


Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dekabrın 12-də bildirmişdi ki, üzvlüklə bağlı danışıqlara başlamaq barədə Macarıstandan ilk müsbət siqnal alınıb. D.Kuleba, həmçinin Aİ-nin üzvlüklə bağlı mənfi qərarının dağıdıcı olması ilə xəbərdarlıq etmişdi. Bu ilin noyabr ayında Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyiş əldə etməsinə dair hesabat yayıb. Sənəddə Kiyevlə üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi yer alıb.


Xatırladaq ki, Macarıstan Baş naziri Viktor Orban daha əvvəl bildirmişdi ki, Aİ danışıqlara başlamaq barədə qərar qəbul etsə, dəhşətli səhvə yol verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.