Qazaxıstanın Almatı vilayətində 5 bal gücündə zəlzələ baş verib.
RİA Novosti bildirir ki, bu barədə cümə axşamı regional fövqəladə hallar idarəsinin mətbuat xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Almatı şəhərindən 180 kilometr cənub-şərqdə yerləşib.
Təkanların 15 kilometr dərinlikdə baş verdiyi bildirilir.