Avropa İttifaqı (Aİ) Macarıstanın vetosuna baxmayaraq, Ukraynanın maliyyə yardımı alacağına əmindir.
“Financial Times” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
O bildirib ki, bunun üçün müxtəlif alətlər var.
Ş.Mişel söyləyib ki, Aİ gələn ilin əvvəlində bu məsələyə yenidən qayıdacaq.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Ukraynaya ayırdığı 50 milyard avroluq yardıma veto qoyub. Ş.Mişel veto məlumatını təsdiqləyib.