Gürcüstan Aİ-yə namizəd statusu almasını qeyd edir – TBİLİSİDƏ İZDİHAMLI MİTİNQ VƏ KONSERT
FOTO

Tbilisidə Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusunu alması münasibətilə izdihamlı mitinq və konsert proqramı təşkil olunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü ilə Tbilisinin Azadlıq meydanında keçirilən aksiyada 100 minlərlə insan iştirak edib.

 

Tədbirdə Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib.


Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Prezident Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, dövlət və hökumət üzvləri, parlamentin deputatları, siyasi partiyaların rəhbərləri və üzvləri, ictimaiyyət nümayəndələri, Tbilisidəki diplomatik korpusun nümayəndələri iştirak ediblər.


Baş nazir İrakli Qaribaşvili Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunu almasını ölkəsinin Avrointeqrasiya yolunda qələbəsi adlandırıb və bu münasibətlə xalqı təbrik edib.

 

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski də gürcü xalqını təbrik edib, ölkənin namizəd statusu almasını tarixi hadisə adlandırıb.

 

Tədbir konsert proqramı ilə davam edib. 

Qeyd edək ki, dekabrın 14-də Aİ Şurası Gürcüstana namizəd ölkə statusu verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.