SEPAH İrana bağlı qruplaşmaların yaraqlılarını Suriyanın İsraillə sərhədinə köçürməklə yeni təhlükə ocağı yaradır.
Suriyanın “Eye of the Euphrates” saytı xəbər verir ki, son günlər SEPAH) İraq və Əfqanıstandan olan 300-dən çox yaraqlını Suriya-İsrail sərhədinə yerləşdirib.
Yaraqlıların İraqla sərhəddən şiə_zəvvarlar adı altında Suriyaya daxil olduqları bildirilir.
Nəşrin yazdığına görə, qısa və orta mənzilli raketlərin istifadəsi üzrə xüsusi təlim keçmiş yaraqlıların sıralarında PUA mütəxəssisləri də var.