Ukrayna 2024-cü ildə yeni əks-hücum planlaşdırır və artıq ABŞ-a ehtiyac duyduğu silahların siyahısını göndərib.
Bu barədə Almaniyanın “Welt” nəşri məlumat yayıb.
Bildirilib ki, siyahıya “Black Hawk” və “Apache” hərbi helikopterləri, F-16 və F-18 döyüş təyyarələri, raket sistemləri, “Abrams” tankları, pilotsuz uçuş aparatları və döyüş sursatları daxildir.
Almaniya nəşrinin məlumatına görə, Dnepr çayının sol sahili yeni əks-hücum üçün başlanğıc nöqtəsi ola bilər.