Şənbə günü Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın 86 yaşında vəfat etməsindən sonra Misir hakimiyyəti ölkədə üç günlük matəm elan edib.
Bu barədə TASS məlumat yayıb.
“Misir Küveyt əmirinin ölümü ilə bağlı bütün ölkədə üç günlük matəm elan edilib”, - ölkə rəhbərliyinin rəsmi nümayəndəsi Əhməd Fəhminin feysbukdakı səhifəsində Misir Prezidenti Əbdülfəttah əl-Sisinin yayılan fərmanında deyilir.
Əl-Sisi qeyd edib ki, Misir xalqı ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsinə və Küveyt xalqı üçün çoxlu səy və səxavət göstərən böyük, müdrik bir adam olan Küveyt liderinin vəfatından kədərlənir.
**14:27
Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Küveyt dövlət televiziyası Şeyx Nəvafın ölümü ilə bağlı əmirin dəftərxanasının rəsmi açıqlamasını yayımlayıb.
Xatırladaq ki, Küveytin keçmiş vəliəhd şahzadəsi Şeyx Nəvaf 3 il öncə 91 yaşında vəfat edən ögey qardaşı Şeyx Səbah Əl-Əhməd Əs-Sabahın yerinə keçmişdi.