ABŞ-ın Suriyadakı iki bazası raket atəşinə tutulub.
Senzor.az bildirir ki, bu barədə Rusiya mətbuatı yerli mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Suriyanın şimal-şərqindəki Əz-Həsəkə şəhərindəki Əl-Zəxriyə hava limanındakı Amerika bazası raket atəşinə məruz qalıb. Raketlərin əksəriyyəti bazaya düşüb.
ABŞ-ın Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağındakı bazası da atəşə məruz qalıb. Yatağın ərazisinə dörd raket düşüb.