Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, diplomatlar ikitərəfli münasibətlərlə yanaşı regional və qlobal məsələləri müzakirə ediblər.
Eyni zamanda, Türkiyənin XİN başçısı “Qəzzaya hücumların dayandırılması üçün ABŞ-ın İsrail üzərindəki nüfuzundan istifadə etməsi” ilə bağlı həmkarına çağırış edib.