Qəzza zolağının mərkəzi və cənub bölgələrində telekommunikasiya xidmətləri və internetin fəaliyyəti qismən bərpa edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fələstinin “Paltel” və “Jawwal” telekommunikasiya şirkətləri məlumat yayıb.
Həmçinin qeyd edilib ki, kommunikasiya xidmətlərinin bərpası son günlər ərzində təkrarlanan təmir cəhdlərindən sonra və “müvafiq beynəlxalq tərəflərin müdaxiləsi ilə” baş verib.