Ərdoğan Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib - YENİLƏNİB, FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası ərəfəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.


Bu barədə Türkiyə liderinin rəsmi saytı xəbər verir.


Ərdoğan iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Orbana “HU TR-100” dövlət nömrə nişanlı TOGG elektrik avtomobili hədiyyə edib. Orban da öz növbəsində Türkiyə liderinə macar atı hədiyyə edib.


Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Viktor Orbanın dəvəti ilə Macarıstana rəsmi səfərə gəlib.


Bu gün səhər saatlarında Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə də görüşüb.

**18:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.


Bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.


Qeyd olunub ki, görüş zamanı Türkiyə-Macarıstan ikitərəfli əlaqələri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları ilə bağlı inkişaflar müzakirə edilib.


Prezident Ərdoğan Türkiyənin bütün münaqişə bölgələrində sülhü təmin etmək və qlobal sülhə xidmət etmək səylərinin davam etdiyini vurğulayıb. O əlavə edib ki, regional və qlobal sülh, insan haqları və beynəlxalq hüququn qorunması üçün İsrailin Fələstin torpaqlarına hücumlarına son qoyulmalıdır.


Prezident Ərdoğan, həmçinin Budapeştə səfərindən sonra Türkiyə ilə Macarıstan arasında əlaqələrin daha da dərinləşəcəyinə əminliyini bildirib.

**15:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana gedib.


Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.


Onu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qarşılayıb.


**09:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində Ərdoğan Macarıstan Prezidenti Katalin Novak və Baş nazir Viktor Orban ilə görüşəcək.

 

Səfərin əsas məqsədi ikitərəfli əməkdaşlıq və iqtisadi münasibətlərin müzakirəsi, o cümlədən iki ölkə arasında ticarətin həcminin artırılaraq 6 milyard dollara çatdırılmasını nəzərdə tutan strategiyanın hazırlanması təşkil edir.

 

Həmçinin, Türkiyə və Macarıstanın energetika sahəsində mühüm layihələr həyata keçirəcəyi, 2024-cü ildən etibarən Türkiyənin Macarıstana təbii qaz ixrac edəcəyi qeyd olunub.

 

Bundan başqa, səfər çərçivəsində Qəzza zolağındakı vəziyyət də müzakirə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.