Pentaqon Qırmızı dənizdə əməliyyata başladı

Pentaqon rəhbəri Lloyd Austin Qırmızı dənizi husilərin ticarət şirkətlərinin yüklərini daşıyan mülki gəmilərə hücumlarından qorumaq üçün əməliyyata başladığını açıqlayıb. 


Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.


Mənbələrin bildirdiyinə görə, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək.


Pentaqon rəhbəri açıqlayıb ki, dəniz əməliyyatı Qırmızı dənizin cənubunda və Ədən körfəzində husilərin hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.


“Yəməndən husilərin son zamanlar ehtiyatsız hücumlarının artması ticarətin azad axınını təhdid edir, günahsız dənizçiləri riskə atır və beynəlxalq hüququ pozur”- ABŞ Müdafiə naziri əlavə edib.


Bu halda kampaniyaya Birləşmiş Dəniz Qüvvələrinin komandanlığı rəhbərlik edəcək.


Dekabrın ortalarında ABŞ və Britaniya hərbi gəmiləri husilərin Yəməndən atdığı pilotsuz təyyarələri vurub. Həmçinin, hücum təhlükəsi səbəbindən ən azı dörd beynəlxalq şirkət Qırmızı dəniz marşrutlarını tərk edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.