Rusiya Liberal Demokrat Partiyasının Qurultayı ölkə prezidentliyinə namizədini müəyyənləşdirib.
APA xəbər verir ki, liberal-demokratlar partiya lideri Leonid Slutskinin dövlət başçısı postuna namizədliyini irəli sürüb.
Qeyd edək ki, Leonid Slutski Vladimir Jirinovskinin vəfatından sonra Liberal Demokrat Pariyasının sədri olub. O, eyni zamanda Dövlət Dumasında fraksiya rəhbəri və parlamentin beynəlxalq əlaqələr komitəsinin sədridir.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri gələn il martın 17-də keçiriləcək. Seçicilər martın 15-dən başlayaraq üç gün müddətində səs verərək növbəti 6 il müddətinə prezidenti seçəcəklər.