İsrailin Qəzzada istifadə etdiyi sirli dron görüntüləndi
VİDEO, FOTO

Müxtəlif sosial şəbəkə platformalarında İsrailin ən son sirli pilotsuz uçuş aparatı görüntülənib.

 

Haber Global bildirir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan qısa videoda İsrail əsgərləri tərəfindən pilotsuz uçuş aparatının yerləşdirildiyi görüntülər əks olunub.

 

Bu barədə müdafiə və aviasiya üzrə jurnalist Babak Taghvae məlumat verib.

 

Onun məlumatına görə, İsrail əsgərləri İordan çayının qərb sahilində HƏMAS-a qarşı əməliyyatlar zamanı yeni “Maoz” (“tikanlı atəşböcəyi”) adlı dron-kamikadzedən istifadə ediblər.

 

Mobil döyüş sursatı olan “Maoz” helikopter konfiqurasiyasında dizayn edilmiş, ikili koaksial əks-fırlanan ikiqat rotor qanadları ilə təchiz edilmiş kiçik pilotsuz uçuş aparatıdır. Cəmi üç kiloqram ağırlığında olmaqla son dərəcə yüngüldür və çoxşaxəli funksiyalara malikdir.

 

Termal görüntüləmə kanalı və elektro-optik müşahidə sisteminə malikdir. Uçuş müddəti bir və ya iki batareya paketinin konfiqurasiyasından asılı olaraq 15-30 dəqiqə təşkil edir.

 

Eyni zamanda İsrail ordusu “Maoz” sursatının Qəzza zolağında HƏMAS obyektlərini aşkar edib zərərsizləşdirmək üçün yeni dron sistemindən istifadə etdiyini açıqlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.