Sabah Tehranda Türkiyə ilə İran arasında siyasi məsləhətləşmələr baş tutacaq.
Bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.
İki gün davam edəcək məsləhətləşmələrə Türkiyə xarici işlər nazirinin müavini, səfir Əhməd Yıldız və İranın xarici işlər nazirinin müavini Əli Baqiri Kəni sədrlik edəcəklər.
Qeyd olunub ki, Türkiyə ilə İran arasında mütəmadi olaraq keçirilən siyasi məsləhətləşmələrdə İranla ikitərəfli əlaqələrin müzakirəsi, regional və beynəlxalq hadisələr, xüsusilə Qəzzadakı vəziyyət haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur.