Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı regional “3+3” platforması müzakirə edilib.
Həmsöhbətlər Ermənistan-İran münasibətlərinin gündəliyində duran mövzular və ikitərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.