ABŞ və Avropa ölkələrinin hökumətləri Ukraynaya dəstəyin davam etdirilməsinin məqsədəuyğunluğuna şübhə edirlər.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron “France-5”ə müsahibəsində deyib.
O bildirib ki, Ukraynaya dəstək davam etdirilməlidir: “Avropada şübhələr var. Hiss olunur ki, ABŞ da tərəddüd edir. Amma biz Kiyevin təhlükəsizliyini dəstəkləməyə və gücləndirməyə davam etməliyik”.
E.Makron söyləyib ki, Ukraynanın dəstəklənməsi Avropaya sülh şəraitində yaşamağa imkan verəcək: “Biz Rusiya ilə müharibə aparmırıq. Amma Rusiyanın qalib gəlməsinə imkan verməməliyik”.
Fransa lideri ölkəsinin mühüm qərarlar qəbul edəcəyini deyib, lakin detalları açıqlamayıb.
Qeyd edək ki, son bir neçə ayda Qərbdə Ukraynaya yardımla bağlı problemlər yaranıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.(“Report”)