Krım yarımadası 2024-cü ildə azad edilə bilər.
“İnsayder” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustəm Umerov deyib.
O, bu məsələdə nikbin olduğunu deyib: “2014-cü ildə Rusiyanın işğal etdiyi Krım yarımadasının gələn il azad oluna biləcəyinə əminəm. Mən buna 100 faiz əminəm. Bu, bizim strateji hədəfimizdir”.
Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.