Çexiya hökuməti Praqadakı Karl Universitetində atışma nəticəsində həlak olanların xatirəsinə dekabrın 23-nü matəm günü elan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə respublikanın Baş naziri Petr Fiala məlumat verib.
Qeyd edək ki, dünən Praqa şəhərindəki Karl Universitetindəki atışma nəticəsində 15 nəfər ölüb, 30-dan çox yaralı var.