Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin dövlət bayrağının qismən dəyişdirilməsi haqqında qanun imzalayıb.
Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Belə ki, Qırğızıstanın yeni bayrağında günəşin təsviri dəyişdirilib. 1992-ci ildən istifadə edilən bayraqda şüalar dalğalı idisə, dəyişdirilmiş versiyada şüalar düzdür.
Layihə müəllifləri, qeyd ediblər ki, günəş şüalarının əvvəlki nümunəsi bir çox vətəndaşa günəbaxanı xatırladır, baxmayaraq ki, bu bitki Qırğızıstanın əsas kənd təsərrüfatı məhsulu deyil. Eyni zamanda, Qırğızıstan parlamentinin deputatlarının fikrincə, düz şüalar daha realistik görünür.
Bundan əvvəl bayrağın dəyişdirilməsi layihəsi respublika parlamenti tərəfindən təsdiq edilmişdi. Qanun layihəsi ikinci və üçüncü oxunuşlarda qəbul edilib.