Çexiyadakı atışma ilə bağlı dörd nəfər saxlanıldı:
ARALARINDA 14 YAŞLI MƏKTƏBLİ DƏ VAR

Çexiya polisi Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində silahlı hücum təşkil edən tələbənin hərəkətlərinə haqq qazandıran dörd nəfəri saxlayıb. Saxlananlar arasında 14 yaşlı məktəbli də olub.

 

TASS bildirir ki, bu barədə jurnalistlərə respublika polisinin rəhbəri Martin Vondraşek məlumat verib.

 

Məlumata görə, Olomouski diyarında (respublikanın şimal-şərqində) orta məktəblərdən birinin şagirdi olan 14 yaşlı oğlan təhsil aldığı məktəbdə kütləvi atışma törədəcəyini bəyan edib. Tələbə yetkinlik yaşına çatmadığına görə onu cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.

 

Vondraşekin sözlərinə görə, polis Praqada atışma törədən tələbənin ailəsini təhdid edənlərə qarşı da tədbirlər görür.


Xatırladaq ki, atışmada intihar edən cinayətkar da daxil olmaqla ümumilikdə 15 nəfər ölüb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.