İstanbul Hava Limanına enən və qalxan ümumilikdə 41 reys əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türk Hava Yollarından (THY) açıqlama verilib.
“Meteoroloji Fövqəladə Hallar Komitəsinin qərarına əsasən, əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanından qalxan/enən cəmi 41 reys ləğv edilib”, - deyə açıqlamada bildirilib.