İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində əməliyyatları 4 saatlıq dayandırıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin qərargahı məlumat yayıb.
Humanitar atəşkəs qərarı mülki əhalinin qida və suya tələbatını ödəmək üçün atılıb.
Belə ki, bu gün Bakı vaxtilə saat 12.00-16.00 arasında Əl-Baraka rayonunda döyüşlərə fasilə verilib.