Qəzza zolağında mülki şəxslərə qida və su kimi ehtiyatı toplamağa imkan vermək üçün İsrail qüvvələri humanitar məqsədli taktiki fasilələr verib.
Bu barədə İsrail Müdafiə Nazirliyinin bölməsi olan COGAT-ın "X" hesabında məlumat verilib.
Bildirilib ki, 10:00 - 14:00 arasında A-Şeyx Məhəmməd Əl -Yamani və Deir al-Balah adlanan ərazilərdə müvəqqəti atəşkəs elan olunub.