İsrail Baş naziri Benyamin Netanyahu Qəzzada quru əməliyyatlarının genişləndiriləcəyini bildirib.
"Sky News" xəbər verir ki, bu barədə İsrail Baş naziri Qəzzada döyüşən əsgərlərə baş çəkib qayıtdıqdan sonra Misirin İsrail və HƏMAS arasında müharibəyə son qoymaq təklifi barədə Likud partiyasının üzvləri ilə müzakirəsində bildirib.
İsrail hökumət başçısının sözlərinə görə, "müharibə hələ bitməyə yaxın deyil".
"Biz dayanmırıq. Bu mübarizəni davam etdiririk və qarşıdakı günlərdə mübarizəni genişləndirəcəyik. Bu, uzun döyüş olacaq və bitməyə yaxın deyil", - o deyib.