İsrailə yeddi istiqamətdən hücum edilir
Müdafiə naziri

İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağında davam edən müharibə fonunda ölkəsinə yeddi istiqamətdən hücum edildiyini və hərbçilərin indiyədək onlardan altısına cavab verdiyini deyib.


"Times of Israel" xəbər verir ki, nazir bu barədə Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında bildirib.


“Biz çox cəbhəli müharibədəyik. Bizə yeddi fərqli arenadan hücum edilir: Qəzza, Livan, Suriya, İordan çayının qərb sahili, İraq, Yəmən və İran. Biz artıq bunlardan altısına cavab vermişik və mən burada aydın şəkildə deyirəm: bizə qarşı hərəkət edən hər kəs potensial hədəfdir, heç kimin toxunulmazlığı yoxdur”, - İsrailin müdafiə naziri deyib.


Yoav Qallant Qəzzadakı müharibənin “uzun və çətin, eyni zamanda, ağır bədəlli müharibə" olacağını qeyd edib və əlavə edib ki, bu müharibənin səbəbləri də güclüdür.


“Müharibənin məqsədlərinə çatmasaq, özümüz elə bir vəziyyətə düşəcəyik ki... İnsanlar onları necə qoruyacağımızı bilmədiyimiz yerdə yaşamaq istəməyəcəklər”, - o deyib.


“Bu, milli qətiyyət mübarizəsidir və mən bir daha sizə deyirəm ki, biz HƏMAS-ı məğlub edəcəyik", - Qallant vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.