Ukrayna Silahlı Qüvvələr Komandanlığı səfərbərlik üçün müraciət etməyib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı yerli “Rada” telekanalına müsahibəsində bildirib.
Zalujnı qeyd edib ki, komandanlıq hər hansı rəqəm və ya səfərbərliklə bağlı heç bir tələb irəli sürməyib.
Xatırladaq ki, dekabrın 19-da Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin hərbi komandanlığının və Baş Qərargahının əlavə 450-500 min nəfəri orduya səfərbər etmək xahişi ilə ona müraciət etdiyini bildirmişdi.