İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 27-də Ermənistana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İkitərəfli əməkdaşlığın gündəliyinə dair məsələlər, regiondakı vəziyyət və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.
Onu da xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana sonuncu dəfə 2022-ci ilin oktyabrında səfər edib.