Türkiyənin İsparta şəhərində 130 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Yalvaç rayonunda qız və oğlan yataqxanasında olan tələbələr şam yeməyindən sonra özlərini pis hiss ediblər. Onları dərhal Yalvaç Dövlət Xəstəxanasına çatdırıblar.
Son məlumata görə, xəstəxanada müalicəsi başa çatan 11 tələbə evə buraxılıb, digər tələbələrin müalicəsi isə davam etdirilir.