Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır.
Yerli KİV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Yeni illə bağlı göndərdiyi təbrik məktubunda qeyd edib.
O bildirib ki, Moskva gələn il Ankara ilə ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edecək: “Son zamanlar Rusiya ilə Türkiyə arasında çoxtərəfli əməkdaşlıq üçün çoxlu səy göstərilir. Ortaq enerji və infrastruktur layihələri həyata keçirilir”.
Rusiya liderinin sözlərinə görə, 2024-cü ildə Moskva Ankara ilə münasibətləri inkişaf etdirməyə davam edəcək.