Albaniyanın korrupsiyada ittiham olunan sabiq prezidenti və baş naziri Sali Berişaya ev dustaqlığına buraxılıb.
“Reuters” bildirir ki, bu barədə onun vəkili məlumat verib.
O əlavə edib ki, S.Berişa hökmdən apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, 79 yaşlı S.Berişa 2005-2009-cu illərdə baş nazir olarkən öz nüfuzundan istifadə edərək dövlət torpağının özəlləşdirilməsində qızının ərinə üstünlük verməkdə ittiham edilib.
Keçmiş baş nazir isə prokurorluğun iddialarını rədd edərək, hazırkı baş nazir Edi Ramanı müxalifəti susdurmaq üçün ona qarşı siyasi hücumda ittiham edib.
S.Berişa hazırda Albaniyanın ən böyük müxalifət partiyası olan Demokratik Partiyaya rəhbərlik edir.
O, 1992-ci ildən 1997-ci ilə qədər prezident, 2005-2013-cü illərdə isə baş nazir vəzifələrində çalışıb.