Almaniya Silahlı Qüvvələrinə “dron ordusu” lazımdır - BAVARİYA BAŞ NAZİRİ

Almaniya ordusunun özünü potensial təhlükələrdən müdafiə edə bilməsi üçün modernləşməyə ehtiyacı var.


Xarici KİV xəbər verir ki, bu barədə Bavariya regionunun Baş naziri Markus Zöder deyib.


“Biz ölkəmizi yüz faiz müdafiəqabiliyyətli etməliyik”, – o qeyd edib. Siyasətçinin sözlərinə görə, yeni təhlükələrə qarşı yeni texnologiyalardan istifadə edilməlidir.


“Buna görə də silahlı qüvvələrimizə yüz minlik dron ordusu lazımdır”, – region lideri vurğulayıb.


Onun fikrincə, Almaniyanın yeni kazarmaları olan müasir infrastruktura ehtiyacı var.


Qeyd edək ki, Zöder Xristian Demokratik İttifaqı ilə birlikdə Bundestaqda ən böyük müxalifət fraksiyasını təşkil edən Xristian Sosial Birliyinə rəhbərlik edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.