Çinin materik hissəsinin Tayvan adası ilə birləşməsi tarixi zərurətdir.
Bu barədə Çin Prezidenti Si Cinpin Yeni il müraciətində bildirib.
“Vətənin yenidən birləşməsi tarixi zərurətdir. Tayvan boğazının hər iki tərəfindəki soydaşlar birləşməli və milli dirçəlişin böyük şöhrətini paylaşmalıdırlar", - deyə Çin Mərkəzi Televiziyası onun sözlərindən sitat gətirib.