İranda çirkli hava səbəbindən bu il 27 mindən çox insan ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Tehranın Ətraf Mühit və Şəhərsalma Xidmətləri Komissiyasının sədri Mehdi Pirhadi deyib.
Məlumata görə, Tehranda 6 min 398 adam bu səbəbdən dünyasını dəyişib. Ölkədə əhali sıxlığının, köhnə model avtomobillərin və motosikletlərin buraxdığı qazların hava çirklənməsinə səbəb olduğu bildirilir.