Türkiyədə Yeni il gecəsi Ankara, İstanbul və İzmirdə qeyri-qanuni mühacirlərə qarşı keçirilən “Kalkan-6” əməliyyatı və yoxlamalar zamanı 121 qeyri-qanuni mühacir tutulub.
“TRT Haber” bildirir ki, səyyar immiqrasiya məntəqələrində 5 min 179 nəfər yoxlanılıb.
İstanbulda 20-si stasionar və 32-si mobil olmaqla 52 Mobil Miqrasiya Nöqtəsində 156 mütəxəssis çalışıb. Bağcılar, Bakırköy, Beşiktaş, Beyoğlu, Esenyurt, Fatih, Kadıköy, Şişli və Ümraniye rayonlarında sosial sahələr, meydanlar, parklar, metaro və metrobüs çıxışlarında yoxlamalar aparılıb.