Blinkenin İsrailə səfəri təxirə salındı

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri təxirə salınıb.

 

Bu barədə “The Times of Israel” etibarlı mənbəyə istinadən xəbər yayıb.

 

Bildirilir ki, dövlət katibinin səfəri bu həftənin sonuna planlaşdırılsa da, gələn həftənin əvvəlinə təxirə salınıb.

 

Məlumatda vurğulanıb ki, bu, HƏMAS-ın lider üzvü Saleh əl-Arurinin Livanda öldürülməsi ilə bağlı deyil.

 

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunda “Axios” portalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, Blinken yanvarın ilk həftəsinin sonunda İordan çayının qərb sahilində, eləcə də İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə Yaxın Şərq münaqişəsinin həllini müzakirə etmək niyyətindədir. Onun İsrailə cümə günü, yanvarın 5-də gedəcəyi bildirilmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.