NATO-nun Baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə yanvarın 10-da NATO-Ukrayna Şurasının iclası keçiriləcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“Son günlər Rusiyanın Ukraynaya raket hücumları ilə əlaqədar olaraq yanvarın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə səfirlər səviyyəsində NATO-Ukrayna Şurasının iclasını keçirəcək”, - məlumatda qeyd edilib.