ABŞ-ın dövlət katibi Türkiyəyə gəldi
YENİLƏNİB

ABŞ-ın dövlət katibi Entoni Blinken Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən səfəri çərçivəsində İstanbula gəlib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Blinkeni İstanbul hava limanında Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə ikili siyasi işlər müdiri Yaprak Balkan, ABŞ-ın Türkiyədəki səfiri Cefri Flek, ABŞ-ın İstanbuldakı baş konsulu Ciliya İdeh qarşılayıblar.

 

Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşləri gözlənilir.


**15:16



ABŞ dövlət katibi Antoni Blinken bu gün axşam İstanbula gələcək.


“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbə bildirib.


ABŞ Dövlət katibinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan ilə görüşləri planlaşdırılır.


Səfərin məqsədi Yaxın Şərq turu çərçivəsində regiondakı vəziyyəti müzakirə etməkdir.


Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Blinkenin həmkarları ilə bir sıra vacib məsələləri müzakirə etmək üçün bir həftə ərzində Türkiyə, Yunanıstan, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcəyini açıqlamışdı.


Onun sözlərinə görə, səfər zamanı Qəzza sektoruna humanitar yardımın tədarükünün artırılması üçün fövqəladə tədbirlərin görülməsi və qalan girovların azad edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.