Annalena Berbok İsrailə və Fələstinə səfər edəcək

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrailə səfər edəcək.


APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, yanvarın 6-da Almaniya XİN rəhbəri xanım Berbok İsrailə gedəcək və orada İsrail xarici işlər naziri İsrael Katz, Prezident İsaak Herzoqla görüşlər keçirəcək. Bu, oktyabrın 7-dən bəri Almaniya xarici işlər nazirinin İsrailə dördüncü səfəri olacaq.


Almaniyalı nazir regiona səfəri çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə də görüşlər keçirəcək.


Annalena Berbok misirli həmkarı Sameh Şukri ilə görüşmək üçün daha sonra Misirə gedəcək.


Almaniya XİN sözçüsü deyib ki, Annalena Berbokun Livana da səfəri planlaşdırılır.


O qeyd edib ki, danışıqlarda "Qəzzada dramatik humanitar vəziyyət, İordan çayının qərb sahilindəki vəziyyət və İsrail-Livan sərhədindəki son dərəcə qeyri-sabit vəziyyət", həmçinin HƏMAS-ın girovlarının azad edilməsi üçün səylər müzakirə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.