Yaponiyada zəlzələdə ölənlərin sayı 126-ya çatıb - YENİLƏNİB

Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində ölənlərin sayı 126-ya çatıb


Bu barədə Yaponiya hakimiyyət orqanlarının açıqladığı son məlumatlarda bildirilib.


Məlumata görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

**09:56

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səlahiyyətli qurumlar 211 nəfərin hələ də itkin hesab olunduğunu bildirirlər. 

 

Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə fövqəladə hallar xidmətinin əməkdaşları ilə yanaşı, özünümüdafiə qüvvələrinin 5 minə yaxın hərbçisi də cəlb olunub.

 

Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də qeydə alınan dağıdıcı zəlzələdən əvvəl və sonra ərazidə müxtəlif maqnitudalı bir neçə yeraltı təkanın baş verdiyini bildirib. Yanvarın 6-da isə İşikava prefekturasının zəlzələ ocağına ən yaxın yaşayış bölgəsi olan Noto yarımadasında 5,4 bal gücündə afterşok qeydə alınıb. Agentlik gözlənilən yağışlarla əlaqədar sürüşmə və palçıq axını barədə xəbərdarlıq edib.

 

Böyük dağıntıların baş verdiyi təbii fəlakət bölgəsindəki 14 şəhərdə hələ də 24 min evin elektrik, 66 min evin su təchizatında çətinliklər var.

 

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. İşikava prefekturası üzrə 34 min sakin təxliyə edilib. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.