Yanvarın 1-də Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı İşikava prefekturasının regional hakimiyyət orqanları yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində azı 560 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xilasedicilər daha 165 nəfərin yerini hələ müəyyən edə bilməyiblər.
Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.