ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün təfərrüatları məlum olub.
Bu barədə A.Blinken “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Görüş zamanı dövlət katibi təsdiqləyib ki, ABŞ İsrailin oktyabrın 7-də baş verənlərə bənzər hadisələrin təkrarlanmasının qarşısını almaq hüququnu dəstəkləyir: “Mən həmçinin mülki şəxslərə dəyən zərərin qarşısının alınmasının, mülki infrastrukturun qorunmasının və humanitar yardımın Qəzzada paylanmasının təmin edilməsinin vacibliyini vurğuladım”.
Xatırladaq ki, A.Blinken İsraildə səfərdədir. O, daha əvvəl Prezident İsxak Hersoqla görüşüb.
Qeyd edək ki, Blinken yanvarın 4-də İsrail, Türkiyə və ərəb ölkələrinə səfərlər də daxil olmaqla, Yaxın Şərq ölkələrinə səfərə çıxıb.
**15:23
ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Bu barədə “The Times of İsrail” məlumat yayıb.
Onlar Qəzzadakı son durumu və ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər.
Qeyd edək ki, A.Blinken İsraildə səfərdədir. O, daha əvvəl Prezident İsaak Hersoqla görüşüb.
**14:00
İsrail Prezidenti İsaak Hersoq bu ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bu barədə İ.Hersoq “X”də yazıb.
Onlar Qəzzada davam edən müharibəni müzakirə ediblər.
“Biz girovların davam edən ağır vəziyyətini və onların dərhal evə gətirilməsinin vacibliyini müzakirə etdik”, - İ.Hersoq yazıb.
Dövlət başçısı bildirib ki, beynəlxalq humanitar qanunlara uyğun olaraq mülki insanları qorumaq üçün əlindən gələni edən İsrailə qarşı ittihamlardan daha böyük ikiüzlülük yoxdur.
**11:49
ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib.
Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "X" hesabında bildirib.
"Blinken qalan bütün girovların evlərinə qayıtmasının təmin olunması istiqamətində davam edən səyləri müzakirə etmək üçün İsraildədir. Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzzada fələstinlilərə çatan humanitar yardımı artırmaq vacibdir", - Miller qeyd edib.