Almaniya XİN rəhbəri Qəzzada yeni humanitar atəşkəsə çağırış edib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzza zolağında fələstinliləri yardımla təmin etmək üçün yeni humanitar atəşkəs çağırışı edib.


Bu barədə Annalena Berbok misirli həmkarı Sameh Şukri ilə Qahirədə keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, İsrail ordusu daha az intensiv, daha məqsədyönlü antiterror əməliyyatı aparmalıdır.


"Və daha çox humanitar fasilələrə ehtiyacımız var ki, insanlara əhəmiyyətli dərəcədə daha çox yardım paylana bilsin", - almaniyalı nazir vurğulayıb.


"İsrail ordusu Qəzzadakı mülki insanları qorumaq üçün daha çox işlər görməlidir", deyən Berbok bir daha İsrail və Fələstin arasında iki dövlətli həllin tərəfdarı olduğunu vurğulayıb.


"Bu qədər günahsız fələstinlinin iztirabları belə davam edə bilməz", - almaniyalı nazir əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.