ABŞ-ın Ekvadordakı səfirliyi ölkədəki vəziyyətlə əlaqədar yanvarın 10-da konsulluq xidmətlərinin dayandırıldığını bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, bu barədə səfirliyin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.
“Ekvadordakı mövcud vəziyyətə görə, ABŞ-ın Quitodakı səfirliyi və Quayakildəki konsulluğunda 10 yanvar 2024-cü il tarixinə planlaşdırılan bütün viza, pasport və digər digər xidmətlər ləğv edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ekvadorun Quayakil və Nobol şəhərində iğtişaşlar zamanı azı 13 nəfər ölüb. Ölənlər arasında iki polis əməkdaşı da var.
Xatırladaq ki, Prezident Daniel Noboa 60 gün müddətinə ölkədə fövqəladə vəziyyət elan edib.("Report")