Müharibəni dayandırmaq üçün tərəfdaşlarımızın təzyiqinə məruz qalmırıq - ZELENSKİ
YENİLƏNİB

"Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur".


"Ukrinform" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra brifinqdə deyib.


"Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur. Ədalətli müdafiəmizi və mübarizəmizi dayandırmaq - bu məsələdə heç bir təzyiqlə üzləşmirik. Hazırda belə təzyiq yoxdur", - Zelenski deyib.


O, müharibə ilə bağlı müxtəlif fikirlərin olduğunu da əlavə edib.


"Onları eşidir və bu tanış fikirləri mətbuatda oxuyuram. Müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Ancaq hesab edirəm ki, tərəfdaşlarımız hələ rəsmi olaraq bizə müvafiq siqnallar verməyə hazır deyil. Ən azından mən onları şəxsən eşitməmişəm. Amma düşünürəm ki, biz Rusiya Prezidentinin ritorikasına diqqət yetirməliyik. O, dayanmaq fikrində deyil. O, bizi tamamilə işğal etmək istəyir”, - deyə Ukrayna Prezidenti bildirib.


Zelenskinin sözlərinə görə, tərəfdaşların Ukraynaya maliyyə və hərbi yardımla bağlı qeyri-müəyyənliyi, bəzən ləng reaksiyası Rusiyaya yalnız cəsarət və güc verir. Ona görə də bunu (yardımın verilməsini – red.) təxirə salmağa qətiyyən ehtiyac yoxdur", - prezident vurğulayıb.


Prezident Zelenski bəyan edib ki, Putin Ukraynanı məhv etməyənə qədər dayanmayacaq.


"Ukrayna buna dözməsə, növbəti hədəfdə Litva, Latviya, Estoniya və Moldova ola bilər. Onlar (ruslar – red.) artıq Finlandiyadan, Özbəkistanın müstəqilliyindən danışmağa başlayıblar... O (Putin – red.) biz hamımız birlikdə bu müharibəni bitirməyənə qədər istilalara son qoymayacaq", – deyə Zelenski vurğulayıb.(APA)

**16:33

Litva Prezidenti Gitanas Nauseda Vilnüsdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.


Bunu G.Nauseda “X” hesabında yazıb.


O, Ukraynanın qələbəsinə inandığını və Kiyevə dəstəyin davamlı olacağını bildirib. V.Zelenski isə həmkarına güclü dəstəyə görə təşəkkür edib.

**13:28

Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya işgüzar səfərə gedib.


“RBC-Ukraina” xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdəki səhifəsində məlumat verib.


“Litva, Estoniya və Latviya bizim etibarlı dostlarımız və əsas tərəfdaşlarımızdır. Daha sonra mən Tallində və Riqada olacağam”, - o bildirib.


O, Litva Prezidenti, Baş naziri və parlamentin spikeri ilə danışıqlar aparacağını qeyd edib. Bundan başqa, digər siyasi qüvvələrin, KİV-lərin və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.


Tərəflər təhlükəsizlik, Avropa İttifaqı və NATO-ya inteqrasiya, radioelektron və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəklər.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.