ABŞ dövlət katibi Entoni Blinken Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
Xarici KİV xəbər verir ki, görüş Rəmallahda baş tutub.
Qeyd edək ki, İordan çayının qərb sahili Blinkenin Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, İordaniya və İsrailə səfərlərini əhatə edən regional turun son dayanacağıdır.