ABŞ 2022-ci ilin martından bəri ilk dəfə Rusiya neftinin idxalını bərpa edib.
RİA Novosti xəbər verir ki, Rusiyadan enerji təchizatında fasilə il yarım davam edib.
Rusiyadan neftin ilk partiyası ABŞ-a 2023-cü ilin oktyabrında gedib. Daha sonra neft və digər enerji resurslarının idxalına qoyulan qadağadan sonra Vaşinqton öz istehlakı üçün 36,8 min barel neft alıb. Göndərmənin dəyəri 2,7 milyon dollar - bir barel üçün 74 dollar təşkil edib.
ABŞ noyabr ayında neft almağa davam edib. Alınan xammalın həcmi 9,9 min barel, bir barel üçün 76 dollar (cəmi 750 min dollar) təşkil edib.
Hər iki halda Rusiya neftinin qiyməti Yeddilik Qrupu (G7) ölkələri tərəfindən müəyyən edilmiş 60 dollar/barel qiymət tavanını ötüb.